Britaniya Fransa, Hollandiya və Monakodan ölkəyə gələnlərə yenidən karantin tətbiq edəcək

Britaniya Fransa, Hollandiya və Monakodan ölkəyə gələnlərə yenidən karantin tətbiq edəcək

14 Avqust 2020 09:40
Bəyəndim (1) Bəyənmədim (0)

Britaniya hakimiyyəti Hollandiya, Fransa, Monako, eləcə də bir sıra digər dövlətlərdən ölkəyə gələn şəxslər üçün iki həftəlik karantin tətbiq edilməsini yenidən tətbiq edir.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bunu Britaniyanın nəqliyyat naziri Qrant Şeps "Twitter"dəki səhifəsində elan edib.

"Mövcud məlumatlar göstərir ki, koronavirusun yayılmasına qarşı mübarizə aparmaq üçün Fransa Hollandiya, Monako, Malta, həmçinin Aruba, Terk və Kaykos arxipelaqını (Atlantik okeanındakı Britaniya ərazisi) nəqliyyat dəhlizlərinin açıldığı ölkələrin siyahısından çıxarmalıyıq. Böyük Britaniyaya bu ölkələrdən 15 avqust 04:00-dan sonra gəlsəniz, 14 gün ərzində özünütəcrid rejimində qalmalı olacaqsınız", - deyə nazir açıqlamasında qeyd edib.

Oxuməni.az