Fələstin BƏƏ-dəki səfirini geri çağırır

Fələstin BƏƏ-dəki səfirini geri çağırır

14 Avqust 2020 11:09
Bəyəndim (1) Bəyənmədim (0)

Birləşmiş Ərəb Əmirlikləri ilə İsrail arasında münasibətlərin normallaşmasına dair razılığın əldə edilməsi səbəbindən Fələstin bu ölkədəki səfirini geri çağırıb.

Oxuməni.az TASS-a istinadən xəbər verir ki, bunu Fələstinin xarici işlər naziri Riyad əl-Maliki deyib.

"Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın göstərişi ilə ABŞ, İsrail və BƏƏ arasındakı münasibətlərin normallaşdırılması barədə üçtərəfli açıqlamasından sonra Fələstin səfiri təcili olaraq BƏƏ-dən çıxarılır", - deyə nazir bildirib.

Oxuməni.az