Ukrayna və Belarus arasındakı qarşılıqlı münasibətlər pisləşəcək

Ukrayna və Belarus arasındakı qarşılıqlı münasibətlər pisləşəcək

15 Avqust 2020 12:03
Bəyəndim (1) Bəyənmədim (0)

Belarusun "Vaqner" üzvlərini Rusiyaya verməsi Ukrayna və Belarus arasındakı qarşılıqlı münasibətləri pisləşdirəcək.

Oxuməni.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov deyib.

“Təəssüf ki, Belarus hakimiyyəti qanuna uyğun olmayan qərar qəbul etdi. Bu, Ukraynaya münasibətdə dost olmayan addımdır. Ukrayna bu döyüşçülərin Kiyevə verilməsi üçün kifayət qədər sübut toplayıb”, – deyə o bildirib.

Qeyd edək ki, rəsmi Minsk çevriliş həyata keçirmək istəyən 200-ə yaxın rus muzdlusunun ölkəyə gəldiyini, onlardan 33 nəfərini isə həbs edə bildiyini açıqlamışdı. Ukrayna həmin muzdluların Donbas savaşında iştirak etdiyini bildirərək, həbs edilən "Vaqner" üzvlərinin Kiyevə verilməsini istəmişdi.

Oxuməni.az