Fayez Saracın həftə sonu tutduğu vəzifəsindən istefa verəcəyi gözlənilir

Fayez Saracın həftə sonu tutduğu vəzifəsindən istefa verəcəyi gözlənilir

15 Sentyabr 2020 16:12
Bəyəndim (3) Bəyənmədim (0)

Liviya Milli Razılıq Hökumətinin rəhbəri Fayez Saracın həftəsonu tutduğu vəzifəsindən istefa verəcəyi gözlənilir.

Oxuməni.az-ın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Bloomberg agentliyi məlumatlı məmurlara istinadən məlumat yayıb.

Fayez Sarac beynəlxalq tərəfdaşlarla istefası planlarını müzakirə edib. Güman edilir ki, Sarac gələn ay Cenevrədə keçirilməli olan danışıqlara qədər öz vəzifəsini yerinə yetirməkdə davam edəcək.
Fayez Sarac 31 mart 2016-cı il tarixindən Liviya Milli Razılıq Hökumətinin rəhbəri vəzifəsini tutur.

Oxuməni.az