Tixonovskaya Lukaşenkoya təhlükəsizlik zəmanəti  verəcəyini vəd edib

Tixonovskaya Lukaşenkoya təhlükəsizlik zəmanəti verəcəyini vəd edib

16 Sentyabr 2020 12:37
Bəyəndim (4) Bəyənmədim (0)

Belarus prezidentliyinə keçmiş namizəd Svetlana Tixonovskaya hazırkı dövlət başçısı Aleksandr Lukaşenkoya dinc yolla hakimiyyətdən gedəcəyi təqdirdə onun təhlükəsizliyinə zəmanət verməyə hazır olduğunu bildirib.

Oxuməni.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, Tixonovskaya Ukraynanın "Sol sahil" nəşrinin jurnalistlərinin suallarına cavabında Aleksandr Lukaşenkoya təhlükəsizlik zəmanətinin verilməsinin mümkün olduğunu bildirib. Ancaq o qeyd edib ki, bunun üçün Lukaşenko gərək dinc yolla hakimiyyətdən getsin.

Lakin Tixonovskaya bu zəmanətin nədən ibarət olacağına aydınlıq gətirməyib.

Oxuməni.az