Kiyev və Moskva arasında hər hansı sirli danışıqlar aparılmır

Kiyev və Moskva arasında hər hansı sirli danışıqlar aparılmır

19 Sentyabr 2020 07:09
Bəyəndim (3) Bəyənmədim (0)

Donbas münaqişəsinin nizamlanması ilə bağlı Kiyev və Moskva arasında hər hansı sirli danışıqlar aparılmır.

Oxuməni.az xəbər verir ki, bu sözləri Ukrayna Prezident Administrasiyasının rəhbəri Andrey Yermak deyib.

“Bu, konspirologiya sferasındandır. Konspirologiya isə hər zaman sirli danışıqlar olması ilə bağlı ideyalar verir. Bütün məsuliyyətimlə sizə deyə bilərəm ki, Rusiya Federasiyası ilə hər hansı gizli danışıqlar yoxdur və ola da bilməz”, - deyə Yermak bildirib.

Qeyd edək ki, bundan öncə Ukrayna Prezident Administrasiyasının keçmiş rəhbəri Mixail Boqdan bildirmişdi ki, xarici xüsusi xidmət orqanları və diplomatlar Donbasla bağlı Kiyev-Moskva arasında gizli danışıqların aparıldığına inanır.

Oxuməni.az