Türkiyə və Fransa arasında yaşanan gərginlik zamanı NATO  Türkiyə ilə açıq qarşıdurmaya getmək istəməyib

Türkiyə və Fransa arasında yaşanan gərginlik zamanı NATO Türkiyə ilə açıq qarşıdurmaya getmək istəməyib

19 Sentyabr 2020 09:17
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə və Fransa arasında yaşanan gərginlik zamanı NATO hərbi-strateji mövqeyi səbəbindən Türkiyə ilə açıq qarşıdurmaya getmək istəməyib.

Oxuməni.az xəbər verir ki, bu sözləri adı açıqlanmayan avropalı diplomat “Röyter”ə deyib.

O bildirib ki, Fransa-Türkiyə gərginliyi ilə bağlı NATO-nun hesabatı hazırdır, lakin “həssas” mövzu olması səbəbindən ictimaiyyətə açıqlanmayacaq:

“Türkiyənin strateji mövqeyi səbəbindən alyans Ankara ilə üz-üzə gəlmək istəməyib”.

Qeyd edək ki, rəsmi Paris Türkiyənin BMT-nin Liviya ilə bağlı tətbiq etdiyi embarqonu pozduğunu iddia etmiş və alyansa rəsmi şəkildə şikayət ünvanlamışdı. Rəsmi Ankara bu iddiaları rədd etmişdi.

Bu məsələdən sonra Fransavə Türkiyə arasında rəsmi səviyyələrdə qarşılıqlı ittihamlar səsləndirilməkdədir.

Oxuməni.az