Barbara Hendriks: "Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir"

Barbara Hendriks: "Beynəlxalq hüquq Azərbaycanın tərəfindədir"

29 Sentyabr 2020 14:13
Bəyəndim (0) Bəyənmədim (0)

Bundestaqın Almaniya-Cənubi Qafqaz parlament qrupunun sədri Barbara Hendriks “Deutche Welle” kanalına müsahibəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı fikirlərini bölüşüb.

Oxuməni.az xəbər verir ki, Hendriks beynəlxalq hüququn Azərbaycanın yanında olduğunu, Ermənistanın isə beynəlxalq hüquq normalarına uyğun hərəkət etmədiyini qeyd edib.

O, “Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sülh danışıqları prosesində hər hansı bir ümid varmı?” sualına cavabında bildirib: “Düşünürəm ki, sülh prosesi üzərində dayanmadan işləmək lazımdır. Bu səbəbdən ATƏT rəhbərləri, Minsk Qrupu üzvləri Fransa Rusiya və ABŞ-a bu istiqamətdə çalışmalara davam etməyə çağırıblar. Ancaq hər şeydən əvvəl hərbi toqquşmaların dayandırılmasına nail olmaq lazımdır. Yerevan Dağlıq Qarabağı Azərbaycan ərazisinin bir hissəsi kimi tanımalıdır”.

Hendriks daha sonra “Qeyd etdiyiniz ölkələr, yəni Fransa, ABŞ və Rusiya arasında geosiyasi müstəvidə anlaşılmazlıqlar mövcuddur. Necə düşünürsüz bu üç ölkə Dağlıq Qarabağ münaqişəsində ortaq dil tapa biləcəklər?" sualını şərh edərkən qeyd edib: "Ən böyük problem ondan ibarətdir ki, Ermənistan yenə də beynəlxalq hüquqa uyğun addım atmağa razılaşmadı. Hazırki gərginləşməyə görə kimin məsuliyyət daşıdığını deyə bilmərəm, ancaq birmənalı olaraq aydındır ki, beynəlxalq hüquq Azərbaycanın tərəfindədir”.

Oxuməni.az