Ermənistanda qadınlar arasında yeni səfərbərlik elan edilib

Ermənistanda qadınlar arasında yeni səfərbərlik elan edilib

19 Oktyabr 2020 12:29
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda qadınlar da səfərbərliyə alınır.

Oxuməni.az xəbər verir ki, buna səbəb Ermənistanın döyüşdəki itkilərin yerini doldurmaqda kişi tapa bilməməsidir. Bundan əlavə Ermənistan qadınları cəbhəyə səfərbər etməklə kişiləri ruhlandırmaq istəyir. Məsələ ilə bağlı erməni mediasının yazdığına görə, “vətənin müdafiəsi üçün” qadın döyüşçü dəstələrinin yaradılmasına başlanılıb. Ermənistanın Müdafiə Nazirliyinin nümayəndəsi Artsrun Ovannisyan “Facebook” səhifəsində “artıq 100 nəfər yazılıb, çoxlu müraciətlər var” yazıb.

Qeyd olunur ki, bundan əvvəl qadınlardan ibarət “könüllü dəstələri”nin Qarabağ döyüşlərinə göndərilmiş 7 üzvünün meyiti artıq İrəvana aparılıb və “Erablur” məzarlığında basdırılıb. Terrorçu ölkənin baş naziri Nikol Paşinyan qadınları səfərbər etməklə həm də Qarabağ cəbhəsində pərən-pərən olmuş erməni ordusunu ruhlandırmaq istəyir. Amma ərazilərimizdəki terrorçu dəstələrə qoşulan bu erməni axçiləri də tezliklə Azərbaycan əsgərinin hədəfinə tuş olacaqlar.

Oxuməni.az