Artsrun Ovannisyan yaydığı informasiyaların bir qisminin yalan olmasını etiraf edib

Artsrun Ovannisyan yaydığı informasiyaların bir qisminin yalan olmasını etiraf edib

21 Oktyabr 2020 11:57
Bəyəndim (1) Bəyənmədim (0)

Ermənistan Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Artsrun Ovannisyan yaydığı informasiyaların bir qisminin yalan olmasını etiraf edib.

Oxuməni.az xəbər verir ki, Ovannisyan guya Xüdafərin körpüsü istiqamətində Ermənistan ordusunun genişmiqyaslı hücuma keçərək, Azərbaycan Ordusunu geri çəkilməyə məcbur etdiyinə, eləcə də Azərbaycan üçün guya Zəngilanda cəhənnəmin başladığına dair dünənki paylaşımlarını bu gün jurnalistlərə açıqlamasında təkzib edib. O, Azərbaycan Ordusu üçün “cəhənnəm” dedikdə Xüdafərini yox, Qubadlının Xanlıq kəndini nəzərdə tutduğunu deyib.

Ovannisyanın başqa saxta xəbərinin isə “Bayraqdar”la bağlı olduğu ortaya çıxıb. Belə ki, Ovannisyan guya Azərbaycanın 10-dan çox “Bayraqdar”ını vurduğunu söyləyib.

İndiyə qədər ermənilərin “Bayraqdar”ı vurmasıyla bağlı heç bir informasiya yoxdur. Bununla bərabər açıq mənbələrdə Azərbaycan ordusunun inventarında 6 ədəd “Bayraqdar”ın olması ilə bağlı məlumat mövcuddur.

Oxuməni.az