Həmsədrlər Dağlıq Qarabağdakı münaqişəni dayandırmağa çalışırlar

Həmsədrlər Dağlıq Qarabağdakı münaqişəni dayandırmağa çalışırlar

22 Oktyabr 2020 11:51
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın NATO-dakı səfiri Key Bayli Hatçison virtual mətbuat konfransında jurnalistlərə açıqlama verib.

O, İttifaqın "ABŞ və Rusiyanın etdiklərini təkrarlamağa, yəni Dağlıq Qarabağdakı münaqişəni dayandırmağa çalışırlar", söyləyib.

"Bu problem 30 ildir ki, daha da gərginləşir. ABŞ, Rusiya və Fransanın daxil olduğu Minsk həmsədrlər qrupu münaqişəni yenidən başlanğıc mərhələsinə - yəni, Qarabağ erməniləri Azərbaycanın suveren sərhədləri tərkibində yaşaması üçün qaytarmaq istəyir. Bu məsələ həll edilə bilər və sonra münaqişə bitəcək

Bu arada hər iki tərəfi şiddəti və ölümləri dayandırılması üçün həll yolunu müzakirə etməyə çağırırıq", - o əlavə edib.

“Bu, hərbi münaqişə yolu ilə həll oluna bilməz. Bu, sərhədlər və suverenlik daxilində həll edilməlidir. Bunun üçün çalışırıq, Rusiya da Fransa ilə eyni mövqedə israr edir", - deyə səfir yekunlaşdırıb.

Oxuməni.az