Türkiyə Suriyanın İdlib şəhərinə yeni qoşun göndərib

Türkiyə Suriyanın İdlib şəhərinə yeni qoşun göndərib

23 Oktyabr 2020 10:12
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyə münaqişələrin qarşısının alınması və təhlükəsizliyin təmin edilməsi məqsədilə Suriyanın İdlib şəhərinə yeni qoşun göndərib.

Oxuməni.az xəbər verir ki, qoşunla birlikdə İdlibə 60 yüklü avtomobildən ibarət hərbi konvoy göndərilib.

Konvoyda zirehli döyüş maşınları, tank və sursat yer alıb.

Bundan başqa, bölgədə Türkiyə Silahlı Qüvvələrinin əlavə 2 müşahidə məntəqəsi qurulub. Beləliklə, müşahidə məntəqələrinin sayı 69-a çatıb. Bu məntəqələr arasında koordinasiyanı təmin etmək və rejimin hücumlarının qarşısını almaqda effektiv olmaq üçün yeni hərbi baza qurulması məqsədilə işlərə başlanıb.

Qeyd edək ki, Türkiyə ilə birgə Rusiyanın da hərbi qüvvələri bölgədə təhlükəsizliyin təmin olunmasında iştirak edir.

Oxuməni.az