Laçının müdafiəsi müdafiə naziri David Tonoyana tapşırılıb

Laçının müdafiəsi müdafiə naziri David Tonoyana tapşırılıb

23 Oktyabr 2020 16:36
Bəyəndim (0) Bəyənmədim (0)

"Dağlıq Qarabağa gəlmiş Ermənistanın müdafiə naziri David Tonoyan Azərbaycan Silahlı Qüvvələrinin Laçın üzərində nəzarəti ələ keçirməsinə imkan verməmək üçün erməni qoşunlarının və könüllülərinin döyüş əməliyyatlarına rəhbərliyi şəxsən öz üzərinə götürəcək, hansı ki, onun əldən getməsi Yerevan üçün hazırkı hərbi kampaniyanın tam məğlubiyyəti demək olacaq".

Oxuməni.az xəbər verir ki, bunu Rusiyanın tanınmış hərbi eksperti, "Hərbi icmal” hərbi-analitik nəşrinin baş redaktoru İqor Korotçenkonun öz teleqram kanalında yazdığına istinadən virtualaz bildirib.

İ.Korotçenkonun sözlərinə görə, hazırda Ermənistan müdafiə nazirliyinin rəhbər heyətinin Yerevandan Dağlıq Qarabağa və geriyə hərəkətləri Azərbaycanın radioelektron kəşfiyyat bölmələrinə onların Qarabağ ərazisindəki yerini müəyyən etməyə imkan verməmək üçün mobil telefon və rabitə vasitələrinin tam söndürülməsi rejimində həyata keçirilir.

Oxuməni.az