Gürcüstanda  1 678 nəfər tibb işçisi koronavirusa yoluxub

Gürcüstanda 1 678 nəfər tibb işçisi koronavirusa yoluxub

28 Oktyabr 2020 12:55
Bəyəndim (0) Bəyənmədim (0)

Gürcüstanda 1 678 nəfər tibb işçisi koronavirusa yoluxub.

Oxuməni.az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin rəhbəri Amiran Qamkrelidze bildirib.

Onun sözlərinə görə, tibbi heyət üzvləri infeksiyaya yalnız vəzifə borclarını yerinə yetirərkən deyil, ailə daxilində də yoluxurlar.

Mərkəz rəhbəri ölkədə həkim çatışmazlığının olmadığını deyib.

Buna baxmayaraq, yaxın vaxtlarda Gürcüstanda COVID-19 pandemiyası ilə mübarizəyə tibbi təhsil alan yuxarı kurs tələbələrindən ibarət əlavə həkim qüvvəsi cəlb olunacaq.

Oxuməni.az