Mazarinin Makronu faşistlərlə müqayisə etməsi Fransada qalmaqala səbəb olub

Mazarinin Makronu faşistlərlə müqayisə etməsi Fransada qalmaqala səbəb olub

23 Noyabr 2020 09:03
Bəyəndim (0) Bəyənmədim (0)

Pakistanın insan hüquqları naziri Şirin Mazari Fransa Prezidenti Emmanuel Makronla bağlı dediyi sözlərə düzəliş etməlidir.

Oxuməni.az xəbər verir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib.

“Mazarinin “Makronun müsəlmanlara qarşı davranışları faşistlərin yəhudilərə qarşı davranışlarına bənzəyir” açıqlaması qəbuledilməzdir. Bu ifadələri qınayırıq və məsələ ilə bağlı artıq Pakistanın Parisdəki səfirliyini məlumatlandırmışıq”, - açıqlamada vurğulanıb.

Qeyd edək ki, Pakistanın insan hüquqları naziri Şirin Mazari bunları deyib:

“Fransa Prezidenti Emmanuel Makron faşistlərin yəhudilərə etdiklərini müsəlmanlara edir. Yəhudilər şəxsiyyətlərini müəyyənləşdirmək üçün paltarlarına sarı ulduz taxmaq məcburiyyətində qaldıqları kimi, müsəlman uşaqlar da fərdi identifikasiya nömrəsi alacaqlar”.

Əslində Mazari haqlıdır və Makron həqiqətə ndə müsəlmanlarta münasibətdə faşistlərin yolunu tutub. Şübhəsiz ki, belə davam edəcəyi təqdirdə gec-tez Makron Hitlerin, Fransa da faşist Almaniyasının taleyini yaşamalı olacaq.

Oxuməni.az