Serj Sərkisyanın hakimiyyətinin dövründə ölkədə korrupsiya çiçəkləndi

Serj Sərkisyanın hakimiyyətinin dövründə ölkədə korrupsiya çiçəkləndi

26 Noyabr 2020 09:11
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənilər silahlı qüvvələrinin inkişafına kifayət qədər əhəmiyyət vermədilər. Xüsusilə Serj Sərkisyanın hakimiyyətinin dövründə ölkədə korrupsiya çiçəkləndi, davamlı maxinasiyalar var idi. İnsanlar bu idarəetmədən onsuz da qəzəblənmişdilər.

Oxuməni.az xəbər verir ki, bunu Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun hərbi-siyasi araşdırmalar mərkəzinin eksperti Mixail Aleksandrov Ermənistanın müharibədə məğlub olmasının səbəblərini açıqlayarkən deyib.

“Qərb də həmişə olduğu kimi, bundan istifadə edərək, öz adamını ortaya çıxardı. O da (Paşinyan - red.) yaxşı şüarlarla həm çevrilişdə, həm də seçkidə qalib gəldi. Paşinyan ordunu gücləndirdimi? Sadəcə bir neçə “İsgəndər” almaqla bəzi simvolik jestlər etdi. Daha yaxşı olardı ki, Paşinyan “İsgəndər”lərin əvəzinə onlarla “Kornet” tank əleyhinə raket kompleksləri alardı. Amma Paşinyana şou göstərmək lazım idi. O, piar ustasıdır, ictimaiyyət qarşısında şou göstərməyi sevir”, - Aleksandrov bildirib.

Həmid