Ermənistanda 2 142 nəfər koronavirusdan ölüb

Ermənistanda 2 142 nəfər koronavirusdan ölüb

29 Noyabr 2020 11:32
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanda daha 1 174 nəfərdə koronavirus aşkarlanıb.

Oxuməni.az xəbər verir ki, məlumatı ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb.

Bununla da Ermənistanda virusa yoluxanların sayı 134 768 nəfərə çatıb.

Qeyd olunub ki, ölkədə pandemiyadan ölənlərin sayı 21 nəfər artaraq 2 142-yə çatıb.

COVID-19 diaqnozu qoyulmuş, lakin başqa səbəbdən ölənlərin sayı isə 538-ə yüksəlib. İndiyədək 107 364 nəfər infeksiyadan sağalıb.

Hazırda Ermənistanda 24 724 aktiv koronavirus xəstəsi var.

Oxuməni.az