İranın nüvə alimi uzaqdan idarə olunan silahla öldürülüb

İranın nüvə alimi uzaqdan idarə olunan silahla öldürülüb

30 Noyabr 2020 11:45
Bəyəndim (0) Bəyənmədim (0)

İranın nüvə alimi Möhsün Fəxrizadə uzaqdan idarə olunan silahla qətlə yetirilib.

Oxuməni.az xəbər verir ki, hadisə alimin həyat yoldaşı ilə birlikdə Rostamkol şəhərindən Absard şəhəri istiqamətinə gedərkən yolda baş verib.

M.Fəxrizadəni 3 təhlükəsizlik maşını müşayiət edib. Öndə gedən avtomobilə atəş açılarkən dayanmalı olub. Fəxrizadə avtomobilin mühərrikində problemi olduğunu zənn edərək zirehli maşından düşüb. Bu zaman, təxminən 150 metr məsafədə yerləşən “Nissan” markalı avtomobildən onlara tərəf atəş açılıb. Atəşin uzaqdan idarə olunan avtomat silahlardan açıldığı müəyyən edilib. Sonra “Nissan” partladılıb. Sui-qəsdin təşkilatçıları isə hadisə yerində olmayıb.

Agentliyin məlumatına görə, sui-qəsd 3 dəqiqə davam edib və alim 4 güllə yarası alıb. Bir neçə güllə də onun mühafizəçisinə dəyib.

M.Fəxrizadə xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

“Nissan” avtomobilinin sahibinin oktyabrın 29-da İranı tərk etdiyi bildirilir.

Səda