İsraildə peyvəndləmə əks nəticə verib: Koronavirusa yoluxanların sayı daha da artıb

İsraildə peyvəndləmə əks nəticə verib: Koronavirusa yoluxanların sayı daha da artıb

14 Yanvar 2021 13:24
Bəyəndim (0) Bəyənmədim (0)

Əhalisinin 25 faizi peyvənd olunan İsraildə koronavirusa yoluxma sayı rekord səviyyədə artmaqda davam edir.

Oxuməni.az-ın verdiyi xəbərə görə, İsrail digər ölkələrin 12 avroya aldığı “BioNTech” peyvəndini, “Hər kəsdən əvvəl peyvənd olunmalıyıq” deyərək doza başına 23,50 avro ödəyərək alıb.

ABŞ və Avropadan daha çox pul ödəyən İsrail bütün əhalisi üçün kifayət qədər doza əldə etsə də, arzu edilən nəticəyə nail ola bməyib. “Moderna”dan iki doza üçün 47 dollar ödəyərək ümumilikdə 4 milyon peyvənd alan İsraildə yoluxma rekord səviyyədə artır. 1.9 milyon insanı, yəni əhalinin 25 faizini peyvənd edən ilk ölkə olan İsraildə gündəlik 9500-dən çox koronavirusa yoluxma faktı qeydə alınır.

Bildirilib ki, ölkədə ilk 12 gündə peyvənd edilən və heç peyvənd olunmayan 100 min insan arasında xəstəliyə yoluxmada heç bir fərq müşahidə olunmayıb. Bununla yanaşı, 13-cü günün sonunda, ilk peyvənd olunanların koronavirus nisbətində yüzdə 20 azalma qeydə alınıb. Qeyd edək ki, İsrail martın sonuna qədər 16 yaşdan yuxarı hər kəsə peyvənd tətbiq etməyi planlaşdırır.

Oxuməni.az