Ermənistanın hərbi prokuroru Qarabağa gəlib

Ermənistanın hərbi prokuroru Qarabağa gəlib

14 Yanvar 2021 14:19
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistanın hərbi prokuroru Qarabağa gəlib.

Oxuməni.az xəbər verir ki, o, Qarabağda rus sülhməramlıları tərkibində xidmət aparan Rusiya Prokurorluğunun əməkdaşları ilə görüşüb. Ermənistanın hərbi prokuroru onları mükafatlandırıb. Erməni hərbi prokurorun Qarabağa gəlməsinə Azərbaycanın icazə verib-vermədiyi açıqlanmayıb.

Qeyd edək ki, Prezident İlham Əliyev Ermənistan rəsmilərinin hələlik rus sülhməramlılarının nəzarəti altında olan Azərbaycan torpaqlarına qanunsuz səfərlər etməməsi barədə xəbərdarlıq etmişdi.

Oxuməni.az