Fransada  karantin qaydaları yenidən sərtləşdirilir

Fransada karantin qaydaları yenidən sərtləşdirilir

15 Yanvar 2021 09:15
Bəyəndim (0) Bəyənmədim (0)

“Yanvarın 18-dən etibarən Avropa Birliyi xaricindəki ölkələrdən Fransaya gələn hər kəs təkrar koronavirus testindən keçiriləcək və bir həftəlik karantinə alınacaq”.

Oxuməni.az xəbər verir ki, bunu Fransanın Baş naziri Jan Kasteks ölkə vətəndaşlarına televiziya vasitəsilə müraciətində bildirib.

Baş nazir qeyd edib ki, sərhədlərdə nəzarəti gücləndiriləcək: “Əsasən Fransa Gvianası, Amazon və Antil adalarında yayılan virusdan qorunmağa ehtiyac duyuruq”.

Həmçinin, Fransa hökumətinin yanvarın 16-dan etibarən ölkə üzrə hər gün axşam saat 18:00-dan səhər 06:00-dək komendant saatının tətbiqinə qərar verdiyi bildirilib. Baş nazir əlavə edib ki, bu qərar azı 15 gün ərzində qüvvədə qalacaq.

Səda