İndoneziyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir

İndoneziyada zəlzələ qurbanlarının sayı artmaqda davam edir

17 Yanvar 2021 09:12
Bəyəndim (0) Bəyənmədim (0)

İndoneziyanın Sulavesi adasında baş verən zəlzələdə ölənlərin sayı 56 nəfərə çatıb.

Oxuməni.az xəbər verir ki, bu barədə Milli Fəlakətləri İdarəetmə Qurumu (BNPB) bildirib. Təbii hadisə zamanı daha 826 nəfər xəsarət alıb. Bundan əvvəl 46 nəfərin öldüyü, 637 nəfərin də xəsarət aldığı bildirilmişdi. Qərbi Sulavesi əyalətində fövqəladə vəziyyət elan olunub. Regionda yeraltı təkanlar davam edir.

Xatırladaq ki, cümə gecəsi baş verən təbii fəlakətdən dərhal sonra 15 minədək əhali yaşadıqları yerləri tərk etməli olub.

Oxuməni.az