Türkiyədə Qara dənizdə batan gəmidə 4 meyit tapılıb, 6 nəfər xilas edilib

Türkiyədə Qara dənizdə batan gəmidə 4 meyit tapılıb, 6 nəfər xilas edilib

17 Yanvar 2021 17:11
Bəyəndim (0) Bəyənmədim (0)

Türkiyədə batan gəmidə 4 meyit tapılıb, 6 nəfər xilas edilib.

Oxuməni.az-ın xəbərinə görə, Bartın Valisi Sinan Güner, Qara dənizdə batan gəmidəki digər heyətin də xilas olunma işləri davam edir.

“Arvin” adlı gəminin Qara dəniz vasitəsilə Gürcüstandan Bolqarıstana üzdüyünü bildirən valinin sözlərinə görə, yüklü gəmi fırtınaya düşdüyü üçün yardım almaq məqsədilə Türkiyədə Bartın limanına girmək istəyib:

“Liman kiçik olduğu üçün gəmi sahilə yan almaq üçün gözləmə vəziyyətində olub və o anda qəzaya uğrayıb. Gəmi Türkiyəyə məxsus olmadığı üçün və çətin hava şəraitində ilkin mərhələdə gəminin Rusiyaya məxsus olduğunu təxmin etdik, sonradan Palau bayraqlı gəminin tərkibindəki heyətin Ukrayna vətəndaşları olduğunu öyrəndik” - deyə vali bildirib.

TASS-ın verdiyi məlumata görə isə 12 nəfər gəmi heyətindən yalnız 2 nəfəri Rusiya vətəndaşıdır.

Oxuməni.az