Yunanıstanla Türkiyə arasında müharibə gözlənilir

Yunanıstanla Türkiyə arasında müharibə gözlənilir

18 Yanvar 2021 09:23
Bəyəndim (0) Bəyənmədim (0)

ABŞ-ın Türkiyənin müdafiə sənayesinə sanksiya tətbiq edib-etməməsindən asılı olmayaraq, türklər hazırda özlərini olduqca güclü hiss edirlər.

Oxuməni.az xəbər verir ki, bu sözləri yunan analitik Corc Filis deyib.

O bildirib ki, ötən illərdə bəzi yunan hökumətləri də müdafiə sənayesini gücləndirmək istədi, lakin uğurlu olmadılar:

"Sanki kimlərsə Yunanıstanın müstəqil gücə sahib olmasını istəmir. Müdafiə sənayesində sıçrayışı gerçəkləşdirəcək insan resursumuz var, lakin siyasi iradə yoxdur. Sağ-sola getmək mümkün deyil. Sanki dəmir yolu üzərində Türkiyə ilə qaynar münaqişəyə doğru irəliləyirik. Bunun 2021-ci ildə baş verəcəyini düşünürəm”.