Rusiyalı müxalifət lideri Aleksey Navalnını uzunmüddətli həbs cəzası gözləyir

Rusiyalı müxalifət lideri Aleksey Navalnını uzunmüddətli həbs cəzası gözləyir

18 Yanvar 2021 00:08
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyalı müxalifət lideri Aleksey Navalnı müalicə olunduğu Almaniyadan Rusiyaya qayıdıb.

Oxuməni.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Navalnının olduğu təyyarə “Şeremetyevo” hava limanında yerə enib. Hava limanında A.Navalnı Rusiyanın Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun 29 dekabr 2020-ci il tarixdən axtarışda olduğu bildirilir.

Qeyd olunur ki, Navalnıya qarşı məhkəmə tərəfindən əlavə həbs qətimkan tədbiri seçilə bilər. Məhkəmənin qərarı çıxana qədər isə o, həbsdə olacaq. Onu uzunmüddətli həbs cəzası gözləyir.

Oxuməni.az