Böyük Britaniya Rusiyadan Aleksey Navalnının sərbəst buraxılmasını tələb edib
Böyük Britaniyanın xarici işlər naziri Dominik Raab Rusiyadan Aleksey Navalnının sərbəst buraxılmasını tələb edib.
Oxuməni.az-ın xəbərinə görə, D. Raab deyib ki, mənfur cinayətin qurbanı olan A. Navalnının tutulması dəhşətlidir. XİN başçısı bildirib ki, A. Navalnı dərhal sərbəst buraxılmalıdır: “Rusiya Navalnıya əziyyət vermək əvəzinə, kimyəvi silahdan ona qarşı necə istifadə edildiyini izah etməlidir”.
Qeyd edək ki, Rusiya müxalifətini lideri A. Navalnı dünən müalicə olunduğu Almaniyadan Rusiyaya qayıdıb. Hava limanında A. Navalnı Rusiyanın Federal Penitensiar Xidmətinin Moskvadakı əməliyyat şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb. Onun 29 dekabr 2020-ci il tarixindən axtarışda olduğu bildirilir. Qeyd olunub ki, A. Navalnıya qarşı məhkəmə tərəfindən əlavə həbs qətimkan tədbiri seçilə bilər. Məhkəmənin qərarı çıxana qədər isə o, həbsdə qalacaq.
Oxuməni.az