İtkin düşdüyü və həbs olunduğu iddia edilən “Alibaba” şirkətinin qurucusu Cek Ma tapılıb

İtkin düşdüyü və həbs olunduğu iddia edilən “Alibaba” şirkətinin qurucusu Cek Ma tapılıb

20 Yanvar 2021 11:18
Bəyəndim (0) Bəyənmədim (0)

Bir müddət əvvəl itkin düşdüyü və həbs olunduğu iddia edilən “Alibaba” şirkətinin qurucusu Cek Ma 2 ay sonra müəllimlərlə onlayn iclasda görüntülənib.

Oxuməni.az xəbər verir ki, oktyabr ayında Çindəki bazar tənzimləyicilərini və dövlət banklarını tənqid etdiyi bir çıxışından sonra Cek Manın “müəmmalı şəkildə itkin düşdüyü” iddia edilirdi. Hətta onun həbs olunduğu da deyilirdi. Lakin sahibkar Çində 100 kənd müəlliminin iştirak etdiyi bir iclasa qatılıb. O iclas zamanı, “Epidemiya bitdikdən sonra yenə görüşəcəyik”, - ifadələrinə yer verib.

Qeyd edək ki, Cek Ma Fondunun bir rəsmisi də müvafiq kadrları “Tianmu News”un müxbirinə təsdiqləyib.

Oxuməni.az