ABŞ Prezidenti Co Baydenin andiçmə mərasimi keçirildi

ABŞ Prezidenti Co Baydenin andiçmə mərasimi keçirildi

20 Yanvar 2021 23:12
Bəyəndim (0) Bəyənmədim (0)

Çərşənbə günü Vaşinqtonda koronavirus pandemiyası səbəbi ilə miqyası azaldılmış inaqurasiya mərasimində Co Bayden ABŞ-ın yeni prezidenti, Kamala Harris isə ilk qadın vitse-prezidenti olaraq and içdilər. Mərasim ənənəyə uyğun olaraq Kapitoli qarşısında yüksək rütbəli dövlət rəsmiləri və görkəmli siyasi xadimlərin iştirakı ilə keçirildi.

Oxuməni.az xəbər verir ki, 78 yaşlı Bayden 36 il senator, 8 il vitse prezident qismində fəaliyyət göstərdikdən sonra ölkə tarixində ən yaşlı prezident olaraq fəaliyyətə başlayır.

Soyuq yanvar günündəki andında Bayden ABŞ Konstitutsiyasına riayət edəcəyini, ölkəni bütün düşmənlərdən qoruyacağını bəyan etdi.

Birlik notunda söylədiyi nitqdə Bayden "bütün amerikalıların" prezidenti olacağını, ölkədə qütbləşməyə son qoymaq üçün çalışacağını vəd etdi.

Bundan bir az öncə Kaliforniya ştatını təmsil etmiş sabiq senator Kamala Harris vitse-prezident kimi and içdi. O, iki əsrdən çox müddətlik ABŞ tarixində ən yüksək vəzifə tutan qadındır. Harrisin etnik mənşəyi Afrika və Hindistandan qaynaqlanır.