Rusiyanın super “Su-57” qırıcı təyyarələri ölkənin cənubunda-Xəzərdə yerləşdirilib

Rusiyanın super “Su-57” qırıcı təyyarələri ölkənin cənubunda-Xəzərdə yerləşdirilib

21 Yanvar 2021 16:18
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiyanın ilk dəfə kütləvi istehsal etdiyi 5-ci nəsil “Su-57” təyyarələri ölkənin cənubuna yerləşdirilib.

Oxuməni.az xəbər verir ki, bu barədə Xabarovsk şəhər idarəçiliyi məlumat yayıb.

Bildirilib ki, “Komsomolsk-na-Amure” təyyarə müəssisəsində istehsal olunan “Su-57”lər Qara dəniz və Xəzər dənizi sərhədindəki Cənub Hərbi Dairəsinin arsenalına təhvil verilib. İlin sonuna qədər daha 5 ədəd təyyarə hərbi hava qüvvələrinə təqdim ediləcək.

Qeyd edək ki, Rusiya Sənaye Nazirliyi 2024-cü ilin sonuna qədər 22 ədəd “Su-57” təyyarəsini rus ordusuna təhvil verəcək.