Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı öldürülüb

Dəniz quldurları Türkiyə gəmisinə hücum edib, azərbaycanlı öldürülüb

24 Yanvar 2021 00:13
Bəyəndim (0) Bəyənmədim (0)

Nigeriya sahillərində “Motsart” adlı Türkiyə şirkətinə məxsus Liberiya bayrağı altında üzən gəmiyə dəniz quldurları hücum edib.

Oxuməni.az Rusiya mətbuatına istinadən xəbər verir ki, gəminin 19 heyət üzvündən 15-i girov götürülüb, Fərman İsmayılov adlı azərbaycanlı mühəndis isə öldürülüb.

Gəminin kapitanı bildirib ki, quldurlar radardan başqa bütün sistemləri söküblər:

"Gəmini yalnız radarla təhlükəsiz əraziyə aparırıq və gəminin kapitan müavini ayağından yaralanıb".