Xocavənddə Njdeyə heykəl ucaldılması Rusiyada Hitler və Himmler abidəsinin qoyulması kimidir

Xocavənddə Njdeyə heykəl ucaldılması Rusiyada Hitler və Himmler abidəsinin qoyulması kimidir

27 Yanvar 2021 17:20
Bəyəndim (0) Bəyənmədim (0)

Qarabağda Rusiya sülhməramlılarının məsuliyyət zonasında Njdeyə heykəl ucaldılması Rusiyada Hitler və Himmler abidəsinin qoyulması kimidir.

Oxuməni.az xəbər verir ki, bunu rusiyalı hərbi ekspert İqor Korotçenko deyib.

Onun sözlərinə görə, Qarabağdakı erməni fəalları öz fəaliyyətlərini müharibədən sonrakı dövrdə Cənubi Qafqazın sabitləşdirilməsinə yönələn Rusiya və Azərbaycanın səylərinə qarşı deyil, yeni şəraitdə dinc həyata qayıtmağa istiqamətləndirməlidir.

“Qaregin Njde nasist kollaborantı, Sovet Hərbi Tribunalı tərəfindən almanlara Sovet İttifaqı ərazisində terror aktları və təxribatlar törətməyə, o cümlədən Qırmızı Ordunun arxa cəbhəsində dinc Sovet vətəndaşlarına qarşı terror aktlarını törətmək üçün terror-diversiya qrupları hazırlamağa kömək etdiyinə görə məhkum edilmiş hərbi cinayətkardır”, - Korotçenko vurğulayıb.

Oxuməni.az