Konqo Demokratik Respublikasında İtaliya səfiri öldürülüb

Konqo Demokratik Respublikasında İtaliya səfiri öldürülüb

22 Fevral 2021 16:14
Bəyəndim (5) Bəyənmədim (0)

Konqo Demokratik Respublikasında BMT konvoyuna silahlı hücum nəticəsində İtaliyanın səfiri Luca Attanasio öldürülüb.

Oxuməni.az İtaliya Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, hökumət rəsmiləri səfirin öldürülməsini təsdiqləyiblər. Rəsmi məlumatlara görə səfirlə birlikdə ən azı bir polis əməkdaşı da öldürülüb. İnsidentn Ruanda ilə sərhəd yaxınlığındakı Goma şəhərinin ərazisində BMT-nin avtomobil karvanına hücum zamanı baş verdiyi bildirilir. Hücum nəticəsində ağır yaralanan səfir dərhal yerli xəstəxanaya yerləşdirilsə də orada onun həyatını xilas etmək mümkün olmayıb.

Onu da deyək ki, Luca Attanasio 2019-cu ilin sonundan bəri İtaliyanın Konqodakı diplomatik nümayəndəliyinə rəhbərlik edirdi. Konqo nəşrləri, təcavüzkarların əsas hədəfinin diplomatı girov götürmək ola biləcəyini ehtimal edirlər.

Emin Axund