Ermənistanda hərbi çevriliş, bütün ordu hərəkətə keçdi

Ermənistanda hərbi çevriliş, bütün ordu hərəkətə keçdi

25 Fevral 2021 13:46
Bəyəndim (0) Bəyənmədim (0)

Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargahı Baş nazir Nikol Paşinyan və hökumətin istefasını tələb edib.

Oxuməni.az xəbər verir ki, Baş Qərargah Paşinyan və hökumətin dərhal istefasını tələb edən bir açıqlama yayıb.

“Ermənistan Respublikası Silahlı Qüvvələrinin Baş Qərargahı, Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavininin əsassız səbəblərdən, milli maraqlar nəzərə alınmadan, yalnız şəxsi və emosionallığa əsaslanan iddialarla vəzifəsindən azad edilməsinə qəti etirazını bildirir. Ermənistan Silahlı Qüvvələri uzun müddətdir mövcud hakimiyyət tərəfindən Silahlı Qüvvələri nüfuzdan salmağa yönəlmiş “hücumlara” səbirlə dözürlər, lakin hər şeyin öz həddi var.

Ermənistanın Baş naziri və hökuməti böhran və erməni xalqı üçün taleyüklü vəziyyətdə kifayət qədər doğru qərar qəbul edə bilmirlər.

Mövcud vəziyyətlə əlaqədar olaraq, Ermənistan Silahlı Qüvvələri, Baş nazirinin və Ermənistan Respublikası Hökümətinin istefasını tələb edir”.

Bəyanatı aşağıdakı şəxslər imzalayıb:

Silahlı Qüvvələrin Baş Qərargah rəisi, general-polkovnik Onik Viktoroviç Qasparyan

Silahlı Qüvvələrin Baş Qərargah rəisinin birinci müavini, general-leytenant Tiran V. Xaçatryan

Silahlı Qüvvələrin Baş Qərargahının rəis müavini, general-leytenant Stepan R. Qalstyan