“Məqsədləri Dağlıq Qarabağın statusu ilə alver etmək idi”

“Məqsədləri Dağlıq Qarabağın statusu ilə alver etmək idi”

25 Fevral 2021 14:57
Bəyəndim (0) Bəyənmədim (0)

“Biz Holokost kimi faciələrin təkrarlanmasına imkan verməməliydik. Bundan dərs çıxarmalıydıq. Lakin gördük ki, bu cür faciələr təkrarlanır, yenidən baş verir”.

Oxuməni.az xəbər verir ki, bunu Rusiya Siyasi Tədqiqatlar Mərkəzinin baş direktoru, tanımış politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, şübhəsiz ki, Xocalı qırğını Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı aktıdır.

“Üstəlik, digərlərindən fərqli olaraq bu soyqırımı çox yaxşı hesablanmışdı və açıq-aydın siyasi məqsədləri vardı. Bu sadəcə millətlərarası zəmində baş verən qırğın deyildi, həm də dəqiq siyasi plan idi. Plan Xocalıda dinc sakinləri qırıb, Dağlıq Qarabağın və ətraf ərazilərin digər rayon və kəndlərində yaşayan azərbaycanlıların gözünü qorxutmaq, onların həmin ərazilərdən qorxub qaçmasını təmin etməkdən ibarət idi. Məqsəd həmin əraziləri 30 il boş saxlayıb Dağlıq Qarabağın statusu ilə alver etmək idi. Dəqiq siyasi plan, cinayətin rasionallığı və cinayətkarların soyuq gözləri Xocalını digər soyqırımı hadisələrindən fərqləndirir.

Digər fərq isə Xocalıdakı qırğını törədən insanların daha sonra Ermənistanda bir çox dövlət vəzifələrini tutmalarıdır. Bu vəhşi cinayəti törədənlər indiyə kimi cəzalandırılmayıblar. Ermənistanda onlar barəsində heç cinayət araşdırması aparılmayıb. Əksinə, onlar buna haqq qazandırmağa çalışıblar və çalışırlar. Bilirsiniz, bunu onların milli keyfiyyəti kimi göstərmək olar, özünü hansısa ali irqin nümayəndəsi kimi göstərmək... Buna qətiyyən imkan vermək olmaz. Çünki bu, rasizmin bir formasının təzahürüdür. Biz bunu İkinci Qarabağ müharibəsi bitəndən sonra da müşahidə etdik. 9 noyabr bəyanatına əsasən, Azərbaycana qaytarılan rayonlardan çıxan zaman ermənilərin törətdikləri əməllər göz önündə idi. Onlar meşələri, ağacları, evləri yandırır, infrastrukturu məhv edirdilər. Hətta məzarları belə çıxarıb özləri ilə aparırdılar. Bu, necə belə ağır nifrətdir? Mənə elə gəlir ki, erməni xalqı özü Xocalıda cinayət törədənlərin cəzalandırılmasında maraqlı olmalıdır”, - deyə rusiyalı ekspert vurğulayıb.