Ermənilər Rusiya MN-in yalanını çıxartdı – Videofakt

Ermənilər Rusiya MN-in yalanını çıxartdı – Videofakt

26 Fevral 2021 21:15
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya Müdafiə Nazirliyinin rəsmisi İqor Konaşenkovun ötən gün Ermənistan Qarabağdakı müharibə zamanı “İsgəndər” raket sistemlərindən istifadə etmədiyini deməsinə erməni sosial şəbəkə istifadəçiləri yaydıqları video ilə cavab verib.

Oxuməni.az xəbər verir ki, noyabrın 9-da çəkildiyi iddia edilən videokadrlarda “İsgəndər” sistemindən raket atıldığı və ermənilərin bunu böyük sevinclə alqışladığı açıq-aydın görünür.

Qeyd edək ki, Ermənistan Baş naziri Nikol Paşinyan müharibə vaxtı “İsgəndər” raketlərinin 90 faizinin partlamadığını bildirmişdi. Bu açıqlama Ermənistanda böyük siyasi gərginliyə, hətta Baş Qərargahın Paşinyanın istefasını tələb edən bəyanat yaymasına səbəb oldu. Rusiyadan da “İsgəndər” haqda işlədilən bu ifadə kəskin etirazla qarşılanmışdı. Çünki “İsgəndər” Rusiyanın öyündüyü raket sistemlərindən biridir və Paşinyanın bu açıqlaması Moskvanın silah satışına ciddi zərbə ola bilərdi.

MN nümayəndəsi isə Ermənistanın müharibə zamanı ümumiyyətlə “İsgəndər”dən istifadə etmədiyini açıqladı.

Oxuməni.az videogörüntüləri təqdim edir: