Kremlin Jirinovski vasitəsilə İrəvana göndərdiyi mesaj - Ermənistanı Krımın aqibəti gözləyir?

Kremlin Jirinovski vasitəsilə İrəvana göndərdiyi mesaj - Ermənistanı Krımın aqibəti gözləyir?

27 Fevral 2021 18:53
Bəyəndim (0) Bəyənmədim (0)

"Vladimir Jirinovski 2010-cu ildə “Krımı Ukraynadan qoparıb Rusiyaya birləşdirməliyik” deyəndə kimsə onun bu açıqlamasına fikir vermədi, Rusiyanın siyasi dairələrində belə bu ideyanın fantastik olduğunu düşündülər. Bu açıqlamanın üstündən 4 il keçdikdən sonra Kreml Jirinovskinin dediyini reallaşdırdı, Krım ilhaq olundu. İndi də Jirinovski Ermənistandakı hadisələri şərh edərək bildirir ki, Ermənistanı Rusiyaya birləşdirmək lazımdır. Jirinovski bu fikri 44 günlük müharibə zamanı da səsləndirib".

Oxuməni.az xəbər verir ki, bunu Vladimir Jirinovskinin Ermənistanla bağlı açıqlamasını şərh edən "Atlas" Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu deyib.

Politoloq qeyd edib ki, əslində Ermənistanın müstəqilliyi kağız üzərindədir:

"Bu ölkə elə qeyri-rəsmi Rusiyanın quberniyasıdır. Rusiyanın bu ölkədə hərbi bazası var, Ermənistanın sərhədlərini qoruyur, müftə hərbi texnika göndərir, böyük zavod və fabriklərinə nəzarət edir, dəmiryolu Rusiyanın dəmiryolları idarəsinə məxsusdur.

Bir sözlə Rusiyanın dəstəyi olmadan Ermənistan adlı dövlət ayaqda dayana bilməz. Bunu ruslar da bilir, ermənilər də. Ancaq artıq Moskvada onu görürlər ki, Ermənistanın indiki “müstəqilliyi” də onun üçün çoxdur, bir-birlərini qırırlar. Digər tərəfdən Moskva Ermənistanın Azərbaycan və Türkiyə qarşısında tamamən gücsüz duruma düşməsini də istəmir. Ona görə də Jirinovskinin Krımdan sonra Ermənistan barədə səsləndirdiyi fikrin də Kremlə məxsus olduğunu söyləmək üçün əsas var. Kremlin Jirinovski vasitəsilə İrəvana göndərdiyi mesajın mahiyyəti budur: “Özünüzü idarə edə bilmirsinizsə, biz gələcəyik”.

Oxuməni.az