Nikola Sarkozi həbs cəzasına məhkum olunub

Nikola Sarkozi həbs cəzasına məhkum olunub

1 Mart 2021 22:50
Bəyəndim (0) Bəyənmədim (0)

Paris məhkəməsi Fransanın sabiq prezidenti Nikola Sarkozini korrupsiya ittihamı üzrə təqsirli bilib.

Oxuməni.az xəbər verir ki, Sarkozi üç il müddətinə həbs cəzasına məhkum edilib. Bunun bir ili real həbs cəzası, iki ili isə şərti cəzadır.

Fransanın sabiq lideri məhkəmə binasını şərh vermədən tərk edib.

İstintaq müəyyənləşdirib ki, Nikola Sarkozi 2007-ci ildə öz seçki kampaniyasının “L’Oreal” şirkətinin varisi Lilian Bettankur tərəfindən qanunsuz maliyyələşdirilməsinə dair materiallar barədə məlumat almaq üçün kassasiya məhkəməsinin məmurunu ələ almağa çalışıb. “Tracfin” maliyyə kəşfiyyatının əldə etdiyi telefon danışıqları da bu işdə sübut kimi yer alıb.

Hazırda Sarkoziyə qarşı Liviya lideri Müəmmər Qəzzafidən qanunsuz olaraq pul alınması ilə bağlı daha bir istintaq işi aparılır.

2007-2012-ci illərdə Fransa prezidenti olmuş Nikola Sarkozi məhkəmənin gedişində bütün ittihamları rədd edib. Bu, ölkənin müasir tarixində eks-prezidentin müttəhimlər kürsüsündə əyləşdiyi ilk məhkəmə prosesidir.