Ukrayna ilə müharibə: Qərb Rusiyaya belə hücum edəcək

Ukrayna ilə müharibə: Qərb Rusiyaya belə hücum edəcək

9 Mart 2021 09:16
Bəyəndim (0) Bəyənmədim (0)

Rusiya ilə müharibə olacağı təqdirdə Qərb kiberhücumlarla Ukraynaya dəstək göstərə bilər.

Oxuməni.az xəbər verir ki, bu sözləri rusiyalı ekspert Aleksandr Jilin deyib. A.Jilinin sözlərinə görə, ABŞ-da kiberhücumlar üçün xüsusi bölmələr yaradılıb. O, belə bir hücumun olacağı təqdirdə Rusiyanın bir neçə böyük şəhərinin enerjisiz qala biləcəyini söyləyib:

“Bu, kollapsa səbəb olacaq. Qərb öz əsgərlərinin həyatını riskə ataraq Ukraynaya kömək üçün ordu göndərməyəcək”.

Qeyd edək ki, bundan öncə də "Nyu York Tayms" nəşri ABŞ-ın 3 həftəyə Rusiya sistemlərinə kiberhücum edəcəyini iddia etmişdi.