Muradovun Bakıdan əliboş qayıtması Ermənistanı silkələyir

Muradovun Bakıdan əliboş qayıtması Ermənistanı silkələyir

9 Aprel 2021 11:51
Bəyəndim (126) Bəyənmədim (0)

Azərbaycan DTX-sinın dekabrda yaxaladığı erməni terrorçuların yaxınları Şirak əyalətində yolu bağlayıb.

Oxuməni.az erməni mediasına istinadla xəbər verir ki, aksiyaçılar Gümrü-İrəvan, o cümlədən Aşotsk və Vanadzor yolunu bloklayıblar.

Onlar bildiriblər ki, tələbləri birdir: doğmalarının geri qaytarılması.

Qeyd edək ki, 10 noyabr bəyanatından sonra Şirakdan Azərbaycanın Qarabağ bölgəsinə gələn erməni silahlıları DTX-nin antiterror əməliyyatı nəticəsində ələ keçiriliblər.

Xatırladaq ki, ötən gün rus sülhməramlılarının rəhbəri Rüstəm Muradovun Azərbaycandan Ermənistanın “hərbi əsir”, Azərbaycanın isə qanunsuz silahlı birləşmə üzvü və terrorçu saydığı şəxslərdən bəzilərini özü ilə Bakıdan aparacağı barədə məlumat yayılmışdı. Ermənistan hökuməti tərəfindən yayılan məlumat son anda yalan çıxdı. Məlum oldu ki, Erebuni hava limanına enən təyyarədə R.Muradovdan başqa heç kim yoxdur.

Azərbaycan məsələ ilə bağlı məlumat verməyib. İlkin ehtimala görə, Ermənistan son anda danışıqları pozduğuna, Qarabağda minalanmış ərazilərin xəritəsini vermədiyinə və hazırda Qarabağda saxladığı qanunsuz silahlıları çıxartmadığına görə razılaşmadan imtina edilib.

Ötən gündən isə itkin düşən erməni əsgərlərin ailələri Ermənistan MN-in binasını mühasirəyə alıb. Mühasirə hələ də davam edir.

Murad Şahməmmədov