Yuri Pivovarov: “Havadan müharibə qoxusu gəlir”

Yuri Pivovarov: “Havadan müharibə qoxusu gəlir”

12 Aprel 2021 11:29
Bəyəndim (0) Bəyənmədim (0)

“1962-ci ildə Kuba böhranı olanda mən heç nədən anlamayan bir oğlan idim, amma o dövrdə Moskvakı gərginliyi indi də xatırlayıram. Səma sanki qorxu yaradacaq rənglənlərlə boyanmışdı. Bir neçə gündən sonra bu rənglər yox oldu. Səma yenidən aydın oldu. Xruşşov və Kennedi razılığa gəlmişdilər. Çünki hər ikisi müharibənin nə olduğunu yaxşı bilirdi.

Bu dəfə bundan qaçmaq mümkün olacaqmı? Uzun illərdir televiziya ekranlarından təbliğm edilən bu nifrət, düşüncəsizlik nəticədə bombalama, mərmi atəşi, kütləvi qan və ölümə çevrilə bilərmi?”

Oxuməni.az xəbər verir ki, bu fikirləri tanınmış rus analitik Yuri Pivovarov vurğulayıb. Onun sğzlərinə görə əgər Rusiya Donbasda möhkəmlənərsə və digər bəzi əraziləri Ukraynadan qopararsa, Ukraynada revanşizm dalğası daha da yüksələcək və yeni bir müharibə uzaqda deyil.

Onun fikrincə, Ukrayna və Qərb rusların işğalına uğurla müqavimət göstərə bilsə, Rusiyada vəziyyət kəskinləşəcək. İndiki halda Rusiya status-kvonun dəyişməməsinin tərəfdarıdır. Y.Pivavarov tarixi nümunə kimi Almaniya ilə Fransa arasında Elzas və Lotaringiya üzərindəki rəqabətdən danışıb. O vurğulayıb ki, iki ölkə bu mübahisəni hərbi yolla həll edə bilmədi və bunun mümkünsüz olduğunu gördü. Yalnız 20-ci əsrin ikinci yarısında Avropaya inteqrasiya bu məsələni gündəmdən çıxardı. Eyni zamanda, ənənəvi olaraq barışmayan Fransa və Almaniya ən yaxın müttəfiq və tərəfdaş oldu.

Rusiyalı siyasi şərhçi bildirir ki, bu gün Avropa (bütövlükdə Qərb) ilə Rusiya arasında ən azı son otuz beş ildə heç olmadığı qədər yaxınlaşma addımlarını təsəvvür etmək çətindir: “Bu prosesin reallaşması üçün Kremlin siyasətində köklü bir dəyişiklik lazımdır. Ancaq, görünür, bu, olmayacaq. Mövcud rejim həm daxildə, həm də xaricdə şiddət və təhdidlərlə davranmağa vərdiş edib. Bütöv bir nəsil yalnız belə bir siyasətə alışmış böyüyüb. Bu illər ərzində Rusiyada heç kim ümumbəşəri dəyərlər barədə eşitməyib”.

Bəli, Yuri Pivovarovun dediyi kimi, doğrudanda bu günkü hakimiyyət gücün müstəsna əhəmiyyətindən danışır, fərqli bir fikri rədd edir, Rusiyada illərdir azadlığa laqeydlik, demokratiyaya hörmətsizlik aşılanır.