Azərbaycandan Yerevana 211 milyon dollar gedib? – Sensasion xəbər

Azərbaycandan Yerevana 211 milyon dollar gedib? – Sensasion xəbər

14 Aprel 2021 10:32
Bəyəndim (0) Bəyənmədim (0)

2018-ci ildə Azərbaycandan Yerevana 211 milyon dolların köçürülməsi barədə yayılan məlumatlar Ermənistanda növbəti siyasi qalmaqala səbəb olub.

Oxuməni.az-ın virtual.az-a istinadən verdiyi xəbərə görə, “İşıqlı Ermənistan” parlament fraksiyasından olan deputat Armen Yegiazaryan bəyan edib ki, o, Milli Təhlükəsizlik Xidmətindən (MTX) onların, 2018-ci ildə 211 milyon dolların Azərbaycandan Ermənistana köçürülməsi ilə heç bir əlaqəsinin olmadığı barədə cavab alıb.

"Bir neçə gün bundan əvvəl mən Dünya Bankının hesabatı ilə əlaqədar MTX-ya müraciət etmişdim və bildirmişdim ki, 2018-ci ildə Azərbaycandan Ermənistana 211 milyon dollar köçürülüb.

Bu gün mən MTX-dan cavab aldım, həmin cavabda faktiki olaraq onların bu məsələdə görəcəkləri heç bir işin olmadıgı bildirilir... Ən azından düşmən ölkədən Ermənistana əhəmiyyətli miqdarda pulun köçürülməsi faktına belə laqeyd münasibət qəribədir”, - deyə millət vəkili vurğulayıb.