Kadırov Navalnını hədələdi: “Onun Qurana toxunmağa haqqı yoxdur”

Kadırov Navalnını hədələdi: “Onun Qurana toxunmağa haqqı yoxdur”

14 Aprel 2021 11:53
Bəyəndim (0) Bəyənmədim (0)

“Qurani Kərimdən danışmaq üçün Navalnıya mənəvi haqqı kim verib?!”

Oxuməni.az-ın verdiyi xəbərə görə, bunu öz bloqunda Çeçenistan rəhbəri Ramzan Kadırov yazıb.

“Hicablı müsəlman qadınları orta əsr vəhşiləri adlandıran, məscid tikilməsinə qarşı aksiyalarda iştirak edən bir adam bu gün ucuz bir yolla bəraət almağa və müsəlmanların rəğbətini qazanmağa çalışır. İzahata ehtiyac yoxdur, bu islamofobun Müqəddəs Yazıları öz siyasi məqsədləri və Avropada edildiyi kimi, ayələri mütləq şəkildə öz təxribat üçün sitatlardan istifadə edəcəyi aydındır. Rusiya müsəlmanları adından təxribatçının saxlandığı koloniya rəhbərliyinə müraciət edirəm: ədalətli cəza çəkən məhbusun dinlərarası dava toxumu səpməsinə icazə verməyin!” – deyə Kadırov qeyd edib.

Çeçenistan rəhbəri daha sonra yazıb: “Əgər məhkum səmimi qəlbdən tövbə edirsə, haqq yoluna qədəm qoymaq istəyirsə, İslamı qəbul edirsə və bütün qəlbi ilə Allah kəlamını eşitmək istəyirsə (buna şübhə edirəm), onda bu caizdir. Ancaq əks təqdirdə, Quran çirkli əlləri ilə toxunacağı bir kitab deyil. Müsəlman ailələrdə Quran həmişə şərəfli yerdə saxlanılır – bütün kitablardan yuxarıda, yaşlı nəsil isə böyüməkdə olanlara Müqəddəs Yazılara hörmət etməyi öyrədir”.

Ramzan Kadırovun sözlərinə görə, Aleksey Navalnı Quranla istədiyini etməyə icazə veriləcək bir insan deyil. “Bu, vətənini satan bir düşmən və xaindir, o, yalnız zavallı şəxsiyyətinə diqqət çəkmək üçün hər cür təxribatı həyata keçirməyə hazırdır. Onun islamofob baxışları və həyat tərzinin inancla, xüsusən də İslamla heç bir əlaqəsi yoxdur. Özünə hörmət edən hər bir müsəlman isə onun acınacaqlı ifadələrini dinləməyəcək. Heç bir əxlaqi dəyəri olmayan, mədəniyyətə və dinə hörmət etməyən, səmimiyyət və iffət maskası taxmış belə pozğun təhrikçiləri biz artıq respublikada görmüşük və onların təxribat üsullarını bilirik. Yaxşı olar ki, kamera küncündə dayanaraq davranışı barədə düşünsün. Vaxt kifayət qədərdir”.

Xatırladaq ki, Aleksey Navalnı ona Quran verilmədiyi üçün cəza çəkdiyi müəssiyəni məhkəməyə verib.