Əliyevlə Paşinyan şifahi razılaşıb - Erməni mediası Moskva görüşünün detallarını açıqladı

Əliyevlə Paşinyan şifahi razılaşıb - Erməni mediası Moskva görüşünün detallarını açıqladı

14 Aprel 2021 16:44
Bəyəndim (0) Bəyənmədim (0)

"Ermənistanın “Hraparak” nəşri Rusiyadakı mənbələrinə istinadən yazır ki, Nikol Paşinyan İlham Əliyevə verdiyi vədləri yerinə yetirmədiyi üçün Bakı “əsir”ləri (diversantlar) qaytarmır. Ortada iki məsələ var. Birincisi, erməni qoşunlarının Qarabağ ərazisindən çıxarılmasıdır. Bu məsələ artıq həll olunmaqdadır, ona görə tələb kimi əhəmiyyətini itirib. İkinci məsələ Tavuşla bağlıdır (Qazaxın 7 kəndi). Mənbənin məlumatına görə, kəndlərin qaytarılması ilə bağlı şifahi razılaşma 11 yanvar Moskva görüşündə əldə olunub. Lakin Paşinyan seçki ərəfəsində bunu etmək istəmir”.

Oxuməni.az xəbər verir ki, bu barədə siyasi şərhçi Asif Nərimanlı bildirib.

Onun sözlərinə görə, rəsmi Bakının əsas şərti üçtərəfli bəyanatın 4-cü bəndinin – qoşunların çıxarılması – yerinə yetirilməsidir:

"Bununla bağlı prosesin getdiyi haqda məlumatlar var. Qazaxın 7 kəndinin gündəmdə olduğu da məlumdur, lakin Paşinyanın seçki ərəfəsində buna getməsi revanşistlərin əlini gücləndirəcək. Ermənistanın daxili siyasi proseslərində oyunçuya çevrilən Bakı da bunu istəmir. Bu kontekstdə Tavuşun “mən nə qədər vəzifədəyəm, kəndlər qaytarılmayacaq” bəyanatını verən qubernatoru Hayk Çobanyanın vəzifədən çıxarılması, yerinə Paşinyanın ailə dostu olan Ayk Qalumyanın gətirilməsi diqqət çəkir. Seçkidən sonra Qazaxın kəndlərinin təhvil verilməsinin şahidi ola bilərik, hələlik, seçkidə Nikolun qalib gəlməsinə köklənməliyik".