İlin ən yaxşı avtomobili seçildi
“Top Gear” ilin ən yaxşı avtomobilini müəyyən etdi - bu, yeni elektrik krossoveri BMW iX3 oldu.
Oxuməni.az xəbər verir ki, bu barədə Britaniya nəşrinin saytında məlumat verilir.
Bu yaxınlarda təqdim olunan iX3, Neue Klasse adı verilən BMW ailəsinin ilk modelidir. Maşının özü 60-cı illərin orijinal lyuks sedan və kupe modellərinə istinad edən eyniadlı konsept avtomobil əsasında inşa edilib.
Məlumata görə, avtomobil dizaynı, əla dinamikası və müxtəlif yenilikləri ilə hakimləri heyran edib. Bundan əlavə, BMW iX3 təəccüblü yürüş məsafəsi ilə münsiflər heyətini sevindirib.
"iX3, uşaqların dediyi kimi, hər şeyi darmadağın edir və ən böyük mükafatı özünə götürür." -Top Gear-dən bildirilir.
Daha əvvəl xəbər verilmişdi ki, yeniliyin qiyməti 60 000 dollar olacaq.
Top Gear digər nominasiyaların qaliblərini də elan etdi:
- lüks avtomobillər arasında - Rolls-Royce Spectre Black Badge;
- sedanlar arasında - Mercedes-Benz CLA;
- universal avtomobillər arasında - Audi A6 Avant;
- krossoverlər arasında - Renault 4 E-Tech;
- yolsuzluq avtomobilləri arasında - Land Rover Defender Octa;
- bahalı krossoverlər arasında - Aston Martin DBX S;
- superkarlar arasında - Ferrari 296 Speciale;
- hiperkarlar arasında - Ferrari F80;
- ailə avtomobilləri arasında - Kia PV5;
- supermini avtomobillər arasında - Hyundai Inster.
Ən yaxşı dizayn mükafatını Dacia Hipster qazandı, "Ən yaxşı səs" nominasiyasında isə Ford Mustang GTD qalib oldu.
Bu yaxınlarda Auto Express bu ilin ən yaxşı ikinci əl avtomobillərinin siyahısını açıqladı və qalibi seçdi. Qalib BMW 3 Series oldu. Seçim yalnız avtomobilin xüsusiyyətlərinə deyil, həm də geniş komplektasiya seçiminə görə edildi.
Daha əvvəl isə “What Car?” ekspertləri bu il almaq mümkün olan ən yaxşı ikinci əl avtomobili müəyyən etdilər. Qalib Skoda Enyaq modeli oldu, bu model öz sinifində praktik interyer və yüksək səviyyədə rahatlıq təklif edir.
Almaz Həsənli






































.jpg)
.jpg)
.jpg)
































.jpg)
.jpg)
.jpg)















