Qızılın qiyməti 3 avqustdan bəri ən aşağı səviyyəyə düşüb

Qızılın qiyməti 3 avqustdan bəri ən aşağı səviyyəyə düşüb

Bəyəndim (0) Bəyənmədim (0)

Comex birjasında dekabr ayı qızıl fyuçerslərinin qiyməti 1,6 faiz azalaraq troy unsiyası üçün 4082 dollara düşüb. Bu, 3 avqust 2026-cı ildən bəri ən aşağı səviyyədir. Oxuməni az xəbər verir ki, Bakı vaxtı ilə saat 13:03-ə görə qızılın qiyməti unsiyası 4097 dollara (-1,26 faiz) düzəlib. Eyni vaxta qədər gümüşün fyuçersləri 3,08 faiz azalaraq unsiyası 55,93 dollara düşüb.

The Wall Street Journal yazır ki, enerji qiymətlərinin yüksəlməsi qızılın qiymətlərinədə təzyiq göstərir. Bu günkü ticarətdə dekabr ayına təhvil veriləcək Brent xam neftin fyuçersləri mayın 18-dən bəri ilk dəfə bareli 112 dolları keçib. Neft qiymətləri isə öz növbəsində Yaxın Şərqdəki gərginlik, o cümlədən Husi qruplaşmasının Səudiyyə Ərəbistanındakı hədəflərə artan hücumları səbəbindən yüksəlir.

Almaz Həsənli