Brent nefti bahalaşmaqda davam edir
Cümə günü səhər saatlarında neft qiymətləri, Brent markalı neftin mayın 4-dən bəri ən yüksək səviyyədə bağlandığı əvvəlki günkü sıçrayışdan sonra artmaqda davam edir.
Oxuməni az xəbər verir ki, Bakı vaxtı ilə saat 09:09-a olan məlumata görə, Londonun ICE Futures birjasında Brent markalı neftin dekabr fyuçersləri bir barel üçün 113,92 dollar təşkil edib ki, bu da əvvəlki ticarət sessiyasının bağlanış qiyməti ilə müqayisədə 0,75 dollar (0,66%) bahadır. Cümə axşamı günü bu fyuçerslərin qiyməti 4,35 dollar (4%) artaraq bir barel üçün 113,17 dollara çatıb.
Nyu-York Əmtəə Birjasında (NYMEX) elektron ticarətdə WTI markalı neftin dekabr fyuçersləri isə 0,85 dollar (0,85%) bahalaşaraq bir barel üçün 100,32 dollar təşkil edib. Ötən sessiyanın yekunlarına görə, onların dəyəri 2,32 dollar (2,4%) artaraq 99,47 dollara yüksəlmişdi.
Almaz Həsənli








































.jpg)













.jpg)





































