Jurnalistlərin nəzərinə!

Jurnalistlərin nəzərinə!

20 Noyabr 2019 22:16
Bəyəndim (2) Bəyənmədim (0)

Dövlət Gömrük Komitəsi və Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu Azərbaycan prezident İlham Əliyevin rəhbərliyi ilə gömrük orqanlarında həyata keçirilən mütərəqqi islahatların mediada dolğun və obyektiv şəkildə işıqlandırılması, habelə ictimaiyyətlə gömrük arasında əlaqələrin daha da inkişaf etdirilməsi məqsədilə birgə müsabiqə elan edir.

Oxumeni.az xəbər verir ki, müsabiqənin məqsədi Azərbaycanda son illər həyata keçirilən əsaslı iqtisadi islahatlar çərçivəsində gömrük orqanlarının fəaliyyətində çevik, modern və şəffaf idarəçilik metodlarının tətbiqi; gömrük nəzarətinin təkmilləşdirilməsi və ticarətin asanlaşdırılması; kölgə iqtisadiyyatının aradan qaldırılması; sabit, avtomatlaşdırılmış və vətəndaş məmnunluğunu təmin edən xidmətlərin təşkili sahəsində həyata keçirilən genişmiqyaslı tədbirlərin ictimaiyyətə çatdırılmasında peşəkar jurnalist əməyinin stimullaşdırılmasıdır. Müsabiqədə Kütləvi informasiya vasitələrində (televiziya, qəzet, jurnal, informasiya agentliyi və rəsmi qeydiyyatdan keçmiş internet media resurslarında) fasiləsiz çalışan şəxslər müsabiqədə iştirak edə bilərlər.

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması

I yer üçün 1 nəfər (1500 manat);
II yer üçün 2 nəfər (1000 manat);
III yer üçün 3 nəfər (600 manat)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
(055)7717799(Whatsapp)

Digər xəbərlər