Göyçə gölünün taleyi Azərbaycandan asılıdır

Göyçə gölünün taleyi Azərbaycandan asılıdır

8 May 2021 15:04
Bəyəndim (0) Bəyənmədim (0)

Azərbaycanın Kəlbəcər rayonunun işğalına son qoyması erməniləri çətin duruma salıb.

Oxuməni.az xəbər verir ki, Qarabağın sülhməramlıların nəzarət etdiyi ərazisində yerləşən qondarma rejimin “xarici işlər naziri” David Babayan Minsk qrupunun həmsədrlərinə və ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikə məktub yazıb.

Məktbuda o, Qarabağdakı su ehtiyatlarının 98%-nin Azərbaycanın nəzarətinə qayıtdığını vurğulayır. Babaynın fikrincə, Kəlbəcərin azad edilməsindən sonra Qarabağ ermənilərinin su mənbələrindən istifadə etməsi çətinləşib. Bundan başqa, erməni tərəfi Göyçə gölünün su ehtiyatlarının 80%-ni formalaşdıran Bərgüşad və Arpaçayın mənbələrinin Kəlbəcər rayonunda olması faktını da xatırladıb.

“ATƏT Bərgüşad və Arpaçayın mənbəyini götürdüyü ərazilərdə beynəlxalq monitorinq mərkəzi yaratmalıdır”-deyə Babayan təklif verib.