Fazil Məmmədovun ölkədən çıxışına “stop” qoyuldu

Fazil Məmmədovun ölkədən çıxışına “stop” qoyuldu

16 Sentyabr 2021 16:50
Bəyəndim (0) Bəyənmədim (0)

Keçmiş Vergilər naziri Fazil Məmmədov vergi borcunu ödəyə bilmir.

Oxuməni.az qaynarinfo-ya istinadən xəbər verir ki, keçmiş nazirin biznes imperiyasına daxil olan "Ata Holdinq” MMC-nin 967 111.04 AZN vergi borcu var. Bu borc uzun müddətdir ki, ödənilmir.

Məlumata görə, İqtisadiyyat Nazirliyinin Dövlət Vergi Xidməti Bakı Şəhəri Lokal Gəlirlər Departamenti bununla bağlı məhkəməyə müraciət edib. İddia olunur ki, vergi borcuna görə Fazil Məmmədovun ölkədən çıxışına da "stop" qoyulub.

"Ata Holdinq” MMC 23 iyul 2003-cü ildə 40 071 815.66 manatlıq nizamnamə kapitalı ilə yaradılıb. Holdinqin qanuni təmsilçisi Kamilov Əşfər Kamil oğludur. Əşrəf Kamilov bundan əvvəl "Ata Holdinq”in Müşahidə Şurasının sədrinin müavini kimi çalışıb. Onun "Ata Bank” və "Bank VTB Azərbaycan” kimi banklarda səhm payları olub. "Ata Bank” artıq ləğv edilib. Əşrəf Kamilov "Bank VTB”dəki payını isə satıb.

Fazil Məmmədov nazir vəzifəsindən çıxarıldıqdan sonra biznes imperiyası çökməyə başlayıb. Onun nəzarətində olan şirkətlərin bir qismi məhkəməyə verilib.