Brilliant Dadaşovadan ağır sözlər: “O, ana-bacısına şər atan şərəfsizdir“

Brilliant Dadaşovadan ağır sözlər: “O, ana-bacısına şər atan şərəfsizdir“

20 Sentyabr 2021 11:32
Bəyəndim (0) Bəyənmədim (0)

Xalq artisti Brilliant Dadaşova axtarışda olan keçmiş iş adamı, bloqer Maqsud Mahmudovun saxlanılıb Bakıya gətirilməsi barədə danışıb.

Oxuməni.az xəbər verir ki, sənətçi bloqeri dələduz adlandırıb və onun ünvanına sərt sözlər deyib:

“Dələduz “siyasi sığınacaq”la qrant almaq üçün yaxından-uzağdan onunla əlaqəsi olmayan, öz xalqının nümayəndəsi olan azərbaycanlı ana-bacılarına utanmadan, Allahdan qorxmadan şər böhtan atan, heç bir siyasi savadı olmayıb dedi-qodudan başqa heç nədən küt başı çıxmayan qeybətçi şərəfsiz!

Əlbəttə, onun boşboğaz cəfəngiyyatları bəzi qüvvələri qane edirdi. Çünki Azərbaycanda kiçikdən böyüyə hamını pis görmək yalnız düşmənə xoş gələ bilər!

Qeyd edək ki, axtarışda olan keçmiş iş adamı, bloqer Maqsud Mahmudov saxlanılıb. Baş Prokurorluq və Daxili İşlər Nazirliyinin birgə məlumatında bildirilir ki, 2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub.